İİV-infeksiyası diaqnozu
ilk gündən dərin hisslər və həyəcanla müşayiət
olunur. İİV/ QİÇS-lə yaşayan insanların (İYİ)
çoxusunda gərgin emosional dövrlər olur, bu zaman
onlar depressiya, həyəcan, qorxu, yuxunun pozulması,
qorxulu yuxular, diqqəti cəmləşdirmə çətinlikləri,
günahkarlıq və gücsüzlük hissləri, ümüdsizlik
ölüm barədə fikirlər kimi əlamətlərdən əziyyət
çəkirlər. Belə anlarda insanlar çox vaxt spirtli
içkilərə və narkotik maddələrin istifadəsinə əl
atırlar, bu da onların problemlərini daha da ağırlaşdırır.
Emosional böhranlar səhhətə qulluq etməyə mane olur
və bəzən çətin bərpa olunan xətalara gətirir.
Depressiya və yaxud da narkotik maddələrdən və spirtli
içkilərdən aslılıq kimi psixoloji problemlərdən
əziyyət çəkən İİV ilə yaşayan insanlar daha az
ehtimal ilə müalicə/profikatika rejimlərinə riayət
edir və daha çox ehtimalla riskli davranış tərzinə
meyilli olurlar. Bundan əlavə, psixi problemləri olan
insanlar daha çox yoluxma təhlükəsinə malikdirlər.
Təxminən 50% İYİ psixi sağlamlıq problemlərinə
malikdirlər.
İYİ -in psixi sağlamlıq problemlərinə: sıxınti
hissi, depressiya, asılılıq, həyəcan, təəssüf,
günahkarlıq hissi, qəm, qəzəb, aqressiya, kədər,
qorxu, intihar, intihar fikirləri və cəhdi, psixoz
kimi vəziyyətlər aiddir. DEPRESSİYA - "İİV- infeksiyası
"ilə yaşayan insanların çoxunun heç olmasa bir dəfə
də olsa keçirdiyi vəziyyətlərdən biridir. Depressiyaya
aşağıdakı əlamətlər xasdır:
- İki və daha çox həftə ərzində düşkün
əhvali-ruhiyyə.
- Əyləncələrə və ya əksər fəaliyyət növlərinə
istəyin yox olması.
- Keçməyən yorğunluq hissi, enerjinin azalması.
- İştahanın olmaması, yuxusuzluq və ya yuxululuq.
- Həddindən artıq çox və əsassız günahkarlıq
hissi.
- Bir şeydə diqqəti cəmləşdirə bilmək çətinliyi.
- Yüksək oyanıqlıq, əsəbilik.
- Ölüm haqda, intihar bərədə daimi fikirlər,
intihar cəhdləri.
- GĂĽcsĂĽzlĂĽk hissi vÉ™ ĂĽmidsizlik.
HİV/AİDS-lə yaşayan insanlarda psixi sağlamlıq
və asılılıq problemlərinin səbəbləri aşağıda
göstərilənlər ola bilər:
Sosial şərait: yoxsulluq, stiqma, təcrid edilmə,
işsizlik, həbsxana, diskriminasiya, partnyorun olmaması,
narkotikləri əldə etmək imkanı.
Şəxsi keyfiyyətlər: çətinliklərin öhdəsindən
gəlmək üçün bacarığın az olması, psixi sağlamlıq
problemləri
Bioloji faktorlar/ İrsiyyət: psixi sağlamlıq
problemlərinin/asılılığın yaranmasına irsiyyətlə
keçmiş meyillilik. HİV və/ ya ART nəticəsində yaranmış
psixi sağlamlıq problemləri.
HİV infeksiyasının psixolojı mərhələləri:
- Testdən əvvəl
- Testlə bağlı böhran
- Testin nəticələrinin alınması
- Vəziyyətin daxilən və xaricən qəbul edilməsi
(latent dövr)
- Xəstəliyin başlanğıcı
- Xəstəlik və ölüm
Narkotik maddələrdən istifadə
Narkotik maddələrin istifadəsi orqanizmə fərqli təsir
göstərə bilər, lakin narkotik maddələrin İİV-nin
inkişafına təsiri hələ tam öyrənilməyib. İnyeksion
narkotik maddələrdən, misal üçün heroin və ya amfitamin,
istifadə edən insanlarda İİV-infeksiyasının inkişafı
daha sürətlidir. Kokain kimi narkotik maddə virusun
daha tez çoxalmasına şərait yaradır. Antiretrovirus
preparatlarının və ekstazinin birgə istifadəsi zamanı
ölum halları da qeydə alınmışdır.
İnyeksion istifadə zamanı qeyri steril alətlərdən
istifadə İİV-nin və ya digər səhhətə təhlükə
yaradan infeksiyaların təkrar yoluxmasına gətirə
bilər. Təkrar infeksiyanın qarşısını almaq üçün
yeni steril alətlərdən və şprislə ümümi qabdan
doldurma aparmadan istifadə etmək lazımdır. Beləliklə,
İİV-lə yaşayan insanlar daha çox narkotik maddələrdən
asılılıq müalicəsi xidmətlərindən istifadə etməyə,
həmçinin narkotik maddələrdən istifədənin zərərinin
azaldılması və digər narkotik maddələrdən asılılıq
üzrə profilaktik proqramlara ehtiyacları vardır.
|
|
Layihənin donorları
və iştirakçıları
|
 |
|