İİV
və QİÇS. Fərq nədədir ?
İİV immun sistemi zədələyən virusdur.
İİV (İnsanın immun çatışmazlıq virusu, ingiliscə
HİV) QİÇS (Qazanılmış immun çatışmazlıq sindromu,
ingiliscə AİDS) yaradan virusdur. İİV immun sistemini
müəyyən səviyyəyə qədər gücdən sala bilər və
bu zaman orqanizmdə yalnız sağlam immun sistemin öhdəsindən
gələ bildiyi ikincili, oportunistik xəstəliklər inkişaf
etməyə başlayır
İİV orqanizmə daxil olarkən immun sistemi zəiflədir
və infeksiyalarla mübarizəyə yönəli T-limfositlər
və ya CD 4 hüceyrələrinə zərbə endirir. Vaxt keçdikcə
İİV o qədər belə hüceyrələri məhv edir ki, orqanizm
özünü bir neçə növ xərçəng, bakteriya, göbələklərdən
qorumaq iqtidarında olmur. QİÇS diaqnozu, adətən,
İİV-ə yoluxandan bir neçə il sonra- insanda bir və
ya bir neçə ciddi xəstəliklər yarandıqda qoyulur.
İİV müalicə olunmadıqda QİÇS-ə gətirib çıxara
bilər.
İİV və QİÇS fərqlidir. İİV immun sistemi basqı
altında saxlayır. QİÇS isə İİV-li şəxslərdə
immun sistemin zəifləməsi fonunda yaranan xəstəliklər
kompleksidir.
İİV necə ötürülmür?
İİV və QİÇS mövzusu çox zaman şişirdilmiş qorxu
və həyəcan hissləri yaradır.
İnsanlar adətən İİV-ə adi təmas üsulu ilə
yoluxmaqdan belə qorxurlar. Əslində isə bu qorxular
şişirildilmiş olur və İİV- müsbət ( və ya İİV
pozitiv ) şəxslə məişətdə ünsiyyət təhlükəsizdir.
İİV ötürülmür:
- əllə gorüşürkən və ya qucaqlaşarkən;
- tər və göz yaşı ilə;
- öskürərkən və asqırarkən;
- ümumi qablardan və ya yataq dəstlərindən istifadə
edərkən;
- vanna otağından və və ya /unitazdan birgə istifadə
zamanı;
- idmanla birgə məşğul olarkən;
- ictimai nəqliyyat vasitələrindən istifadə zamanı;
- heyvanlar vasitəsi ilə və ya həşərat dişləyən
zaman;
- öpüş zamanı/tüpürcək vasitəsi ilə.
İİV öpüşmə zamanı ötürülmür, çünki tüpürcəkdə
virusun qatılığı yoluxmaq üçün yetərli qədər
deyil.
Tüpürcəklə, göz yaşı və tərlə təmas zamanı
heç bir İİV-ə yoluxma hadisəsi qeydə alınmamışdır.
Siz həmçinin əllə gorüşərkən və ya qucaqlaşarkən
də yoluxma təhlükəsindən uzaqsınız.
İİV necə ötürülür?
- qorunmamış (prezervativ istifadə etmədən) cinsi
əlaqə;
- şpris, iynə və digər inyeksion alətlərin birgə
və ya təkrar istifadəsi zamanı;
- tatuirovka və pirsinq üçün qeyri-steril alətlərin
istifadəsi zamanı;
- digər şəxslərin təraş vasitələrindən, qan qalıqları
olan diş fırçasından istifadə zamanı ;
- İİV-li anadan uşağa - hamiləlik dövrü, doğuş
və döşlə əmizdirmə zamanı.
Cinsi yolla yoluxan infeksiyalar mövcud olduqda cinsi
əlaqə zamanı İİV-ə yoluxma təhlükəsi 2-5 dəfə
artır.
Cinsi yolla yoluxan infeksiyaların (CYYİ) mövcud olması
açıq xoraların (misal üçün herpes) əmələ gəlməsi
ilə müşayiət olunur və bu da öz növbəsində çox
təhlükəlidir.
İİV infeksiyasının əlamətləri
Bir çox hallarda İİV infeksiyasının başlanğıc
dövrü tamamilə əlamətsiz keçir.
İİV infeksiyasının orqanizmdə inkişafı fərqli
faktlardan aslı olur, o cümlədən İİV müsbət şəxsin
ümumi səhhətindən. İnsanın öz səhhətində dəyişikliklər
hiss etməsi üçün bəzən illər keçə bilər, lakin
bu müddət ərzində o öz partnyorunu da yoluxdura bilər.
Virusla təmasdan sonra yoxulma faktını xüsusi test
- virusa qarşı anticismi müəyyən edən qan müayinəsi
vasitəsi ilə aşkarlamaq olar.
Virus qana keçdikdən sonra orqanizmə 25 gün-3
ay (bəzən 6 ay) vaxt lazım olur. Çünki yalnız bu
vaxt kəsiyində qan müayinəsi zamanı yoluxma hadisəsini
təsdiq edəcək anticismlər lazımi miqdara çatır.
Virusun orqanizmə daxil olması və anticisimlərin yaranması
müddəti arasındakı dövr- "pəncərə dövrü"
adlanır.
"Pəncərə dövrü" nədir?
Virusun daxil olmasından sonra orqanizmdə anticismi
əmələ gətirmək və onları müəyyən etmək üçün
25 gün -3 ay (bəzən 6 ay ərzində) vaxt lazımdır.
Bu dövr "pəncərə dövrü" adlanır və bu dövrdə
müayinə mənfi nəticə də göstərə bilər.
Buna görə dəqiq cavab almaq üçün mümkün, yoluxma
ehtimalı olan təmasdan üç-altı ay sonra yenidən
müayinədən keçmək lazımdır.
"Pəncərə dövründə" İİV ilə yaşayan insanın
qanında, spermasında, uşaqlıq yolu ifrazatında və
döş südündə vurus başqalarına da yoluxmaq üçün
yetəri qatılıqda olur.
|
|
Layihənin donorları
və iştirakçıları
|
 |
|